Niderland futbolunun əfsanəsi, “Ayaks”, “Real”, “İnter” və “Milan”da çıxışları ilə məşhur Klarens Zeedorf əsl idmançı nümunəsi göstərib.
Arena.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi bu barədə Rusiyanın “Çempionat” dərgisinin müxbiri Qriqori Telinqaterə müsahibəsində söhbət açıb:
– Sizin xarici görkəminiz demək olar ki, dəyişikliyə uğramayıb. Bu, məşqlərin nəticəsidir, yoxsa genetika ilə bağlıdır?
– Həyat tərzidir. Mənə, sadəcə olaraq fəal və sağlam olmaq xoş gəlir, ona görə də özüm haqda qayğılanıram. İçki içmirəm, nəsə çəkmirəm, sadəcə olaraq həyatdan zövq alıram.
– Siz sonuncu dəfə nə vaxt çəkmisiniz?
– Heç vaxt.
– Həm də görünür ki, idman zalına müntəzəm surətdə baş çəkirsiniz…
– İdmanla məşğul olmaq mənə həmişə xoş gəlib. Mən buna karyerama xitam verdikdən sonra da son verməmişəm. Həftədə ən azı iki-üç dəfə məşq edirəm. Baxmayaraq ki, məsələ nə qədər məşq etdiyimdə deyil, necə qidalanmaqda, necə yaşamaqda, əsəbin öhdəsindən necə gəlməkdədir.
– Karyeranıza xitam verdikdən sonra əsəblə üzləşməli olmusunuz?
– Əlbəttə, hamı bununla qarşılaşır. Həyat yalnız futboldan ibarət deyil ki… Fəsadlar baş verir, amma məncə, mən bütün bunların öhdəsindən gəlirəm.
Xatırladaq ki, Zeedorf futbolçu karyerasına xitam verdikdən sonra, futbol məşqçiliyinə baş vurub. Niderlandlı mütəxəssis “Milan” (2014), “Şençjen” (2016), “Deportiva La-Korunya” (2018) klublarının əsas komandalarını, həmçinin Kamerun yığmasını (2018-2019) çalışdırıb.
Yeri gəlmişkən, Klarens Zeedorf italyan mütəxəssis Karlo Ançelottinin çalışdırdığı “Real”ın cari mövsümdəki uğursuzluğunu da sərh edib:
“Xüsusi bir məqam yoxdur. Həmişə udmaq olmaz ki… “Real” bu qədər qalibiyyət qazanıb! Ançelotti rekordları qırıb, bu mövsüm isə alınmır. Belə də olur. Növbəti mövsümdə komanda qənimətlər uğrunda yenidən mübarizə aparacaq”, deyə Klarens Zeedorf vurğulayb.