"Mançester Siti"nin hücumçusu Erlinq Haaland zədədən sonra tam məşqlərə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Norveçli futbolçu sonuncu dəfə martın 30-da meydana çıxıb. O, sol topuğundakı zədə səbəbindən o vaxtdan bəri məşq belə edə bilmirdi.
Haaland bu mövsüm "Siti"nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.