AZ

“Azercell” və ABB müştərinin 20 manatına qalıb? – ŞİKAYƏT

“Azercell” və “Azərbaycan Beynəlxalq Bankı” müştərinin 20 manatını geri qaytarmaq istəmir.

Ulusal.az xəbər verir ki, problem yaşayan müştəri Tofiq Balıyevdir.

O bildirib ki, “Azercell” nömrəsinin balansını ABB tətbiqi ilə artırmaq istəsə də, pulundan olub:

“Aprel ayının 24-ü “Azercell” nömrəmə ABB tətbiqi ilə 20 azn balans yükləmişəm. Təsdiq sms gəlmədi. İndi “Azercell” deyir ki, ABB-likdir. ABB isə deyir ki, bizlik deyil, ödəniş olub, problem “Azercell”dədir. Hər ikisinə də ayıb olsun! Arada mənim 20 manatım getdi”.

Tərəfləri dinləməyə hazırıq.

Seçilən
0
2
moderator.az

3Mənbələr