Prezidentin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb. Ulusal.az demokrat.az-a istinadən xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyindəki işindən (AZƏRTAC) çıxıb. Aytən Qasımova 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı. Qeyd edək ki, Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımov bu yaxınlarda tutduğu vəzifədən azad edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta