AZ

Toyda Türkana görə dava edən müğənni kimdir? - FOTO

Bu gün, 08:44

Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.
Reportyor.tv xəbər verir ki, Türkan həmkarı Rüfət Axundovdan danışıb.
Türkan deyib ki, Rüfət məclislərin birində onun üçün dava edib: "Rüfətin belə olmağına baxmayın, çox cəsarətlidir. Toyda elə dava etdi ki, inana bilməzdim, məni arxa qapıdan göndərdilər.
Sataşmamışdılar. Toyda ifa edirdik, bir adam getdi-gəldi mahnı dedi, sonra xanım müğənnilərə səsini qaldırdı. Rüfət dedi ki, "xanımlara qarşı olmaz belə", onu elə gözəl başa saldı ki, söhbət həll olundu. Səliqəli şəkildə həll etdi". (Bizim.Media)

Seçilən
0
9
Reportyor.tv

10Mənbələr