Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynaya məxsus 121 PUA vurub.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 121 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib: 89-u Krım Respublikası ərazisi, 23-ü Qara dəniz, 4-ü Krasnodar diyarı, 2-si Oryol vilayəti, 1-i Bryansk ərazisi, 1-i Belqorod vilayəti”, 1-i Azov dənizinin suları üzərində.