Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində avtomobilin dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub.
Bu barədə Publika.az “Dawn” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində dörd uşaq və eyni sayda böyük ölüb. Ölənlərin hamısının bir ailənin üzvləri olduğu qeyd edilir.