AZ

İsrail ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

Ordunun mətbuat xidməti qeyd edib ki, raket İsrail ərazisinə daxil olmayıb.

Yəməndən İsrail istiqamətində atılan raket İsrailin hava məkanına daxil olmamışdan əvvəl zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində sirenlər səsləndikdən sonra Yəməndən atılan raketin qarşısı alınıb. Raket İsrail ərazisinə keçməzdən əvvəl zərərsizləşdirilib", - İsrail ordusunun bəyanatında deyilir.

Seçilən
0
1
operativmedia.az

2Mənbələr