AZ

Tramp: İrandan neft alan ölkələrə sanksiya tətbiq olunacaq

ABŞ prezidenti Donald Tramp İrandan neft və ya neft-kimya məhsulları alan ölkələrin ikinci dərəcəli sanksiyalara məruz qalacağını və ABŞ-ylə iş aparmasına icazə verilməyəcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp İrandan bütün neft və neft-kimya məhsullarının alışını dayandırmağa çağırıb.

Operativ Media xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında etdiyi paylaşımda qeyd edib.

"İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulları alan hər hansı ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onların ABŞ-ylə heç bir şəkildə iş aparmasına icazə verilməyəcək", - Tramp deyib

Seçilən
0
8
operativmedia.az

9Mənbələr