AZ

İlahiyyatçı mollanın “möcüzəvi müalicə”sindən danışdı – VİDEO

  Dəmrov xəstəliyindən əziyyət çəkən azyaşlının xəstəxana əvəzinə molla yanına aparılması geniş müzakirələrə səbəb olub.

Müzakirənin əsas məğzi odur ki, valideyn uşağının dərdinə əlacı niyə dərmanda yox, duada görüb?

İlahiyyatçı Tural İrfan hesab edir ki, bu, mövhumatdan və xurafatdan başqa bir şey deyil:

“Doğrudur, “Qurani-Kərim”də buyurulur ki, “Quran” bəzi xəstəliklərə şəfadır, ancaq burada konkret olaraq tibbi xəstəliklərdən söhbət getmir. Çünki “Quran” tibbi kitab deyil. O yazıda da nədən bəhs olunduğunu oxumaq olmur. Bəlkə də, oxunmasın deyə qarışıq yazıblar və yaxud da mənasız bir şeydir. Ərəb hərflərinə oxşasa da, cümlə heç bir mənanı ifadə etmir”.

Referans BakuTV-nin ətraflı süjetini təqdim edir:  


 

Seçilən
0
5
referans.az

6Mənbələr