"Çelsi"nin yarımmüdafiəçisi Romeo Laviya Türkiyə Super Liqasında çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, "Fənərbağça" belçikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İstanbul klubu Laviyanı icarəyə götürməyi planlaşdırır. "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo 21 yaşlı orta xətt oyunçusunu komandasında görmək istəyir.
Qeyd edək ki, "Çelsi" Romeo Laviyanı 2023-cü ilin yayında "Sauthempton"dan transfer edib. Belçika millisinin üzvü olan gənc futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media