Son illər Azərbaycanda sığorta xidmətlərindən istifadə edən vətəndaşların sayı artsa da, bu sahəyə olan inam eyni templə yüksəlmir. Zərərçəkmiş şəxslərlə sığorta şirkətləri arasında yaranan anlaşılmazlıqlar, vaxtında ödənilməyən kompensasiyalar və müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində narazılıqlar məhkəmə çəkişmələrinə qədər uzanır. Əhali arasında aparılan sorğuların nəticəsi də göstərir ki, ölkədə etibarlı və güvənilir sığorta şirkəti yoxdur.
Siyahını təqdim edirik:
“Xalq Sığorta” – 71 məhkəmə
“Atəşgah Sığorta” – 49 məhkmə
“Azsığorta” – 40 məhkəmə
“Atasığorta” – 40 məhkəmə
“Paşa Sığorta” – 15 məhkəmə
“Bakı Sığorta” – 10 məhkəmə
“A-Group” sığorta – 7 məhkəmə
“Qala” sığorta – 6 məhkəmə
“Qala Həyat Sığorta” – 3 məhkəmə
“Günay Sığorta” – 2 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 1 məhkəmə