Türkiyənin Antalya vilayətinin Serik ilçəsində 3,9 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerin 7 km dərinliyində meydana gələn təkanlar ətraf yaşayış məntəqələrində də hiss edilib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
Telegram kanalımız