"Sabah" Futbol Akademiyasının komandaları uğurlu çıxışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, akademiyanın komandaları AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən liqalarda son 2 həftədə 12 oyun keçirib.

"Bayquşlar" bu matçlardan 11-də qələbə qazanıb, yalnız 1-də uduzublar.

U-13 Qızlar Liqası

Sabah - Ulduz 2:1

Qollar : Zeynəb Tanrıverdiyeva (2)

U-14 Liqası

Səbail – Sabah 1:4

Qollar: Murad Məmmədzadə (2), Həsən Məhmədov, Ülvi Əlizadə

Sabah – ROFM 3:0

Qollar: Həsən Məhmədov, Həsən Ramazanov, Yusif Hacıyev

U-15 Liqası

Sabah – Qarabağ 3:0

Qollar: Ruslan Əbilov, Cəfər Cəfərzadə, Xəzər Hüseynzadə

Dinamo Bakı – Sabah 0:8

Qollar: Ayxan İbadov, Cəfər Cəfərzadə, Ruslan Əbilov (4), Bəkir Eldarov, Çingiz Məmmədov

U-16 Liqası

Sabah – UFA 10:2

Qollar: Ceyhun Kazımzadə (2), Əli Müslümov (3), Muhəmməd Adilov, Kənan İmamquliyev, İlhan Məmiyev, Murad Quliyev, Şakir Süleymanov

Kəpəz – Sabah 2:5

Qollar: Əli Müslümov, Ceyhun Kazımzadə (2), Rəvan Quliyev, Şakir Süleymanov

U-17 Liqası

Sabah – Neftçi 2:4

Qollar: Ümid Səlimov, İbrahim Hüseynov

U-17 Qızlar Liqası

Şəfa - Sabah 1:2

Qollar : Mehri Məmmədzadə, Qönçə Quluzadə

Sabah - Zaqatala City 14:0

Qollar: Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2), Qönçə Quluzadə

Gənclər Liqası (U-19)

Səbail – Sabah 0:6

Qollar: Stefen Ende (4), Niyazi Osmanov, Ramin Əvəzov

Sabah – Şamaxı 4:1

Qollar: Niyazi Osmanov, Əlibay Mahmudov (2), Əmir Əliyev.  

Qarabağ – Sabah 1:2

Qollar: Stefen Ende, Anar Cəbiyev.