Nərimanov rayon icra hakimiyyətində 20 min manat rüşvət alması ilə bağlı videogörüntülər yayımlanıb.
XALQ.AZ barometr.tv-ə istinadən xəbər verir ki, Nərimanov rayon icra hakimiyyətində işləyən Nurlan adlı vəzifəli şəxs vətəndaşdan “naves” tikintisi üçün rüşvət alması görüntüləri yayılıb.
Video da eşidilir ki, guya naves tikintisi ilə bağlı yüngül konstruksiyalarla kabinetlərin quraşdırılması üçün danışıq aparılır. Vətəndaş bildirir ki, Xal-xal qabadadır deməyə aydın olur ki ( Nərimanov rayonu Əhməd Rəsəbli küç. yerləşən Xal-xal restoranı) nəzərdə tutulur deyə söhbət aparılır.
Videoda aydın eşdidilir ki, 20-də gətirdim oldu 100 deyə vətəndaş bildirilir. Onda gedim eskizi çəkdirim gətirəcəm deyə otaqdan çıxır.
Məlumat verir ki, 2055-ci ildən 2022-ci ilə qədər Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev olub.
Hal- hazırda Abdin Fərzəliyev Abşeron rayon icra hakimiyyətinin başçısıdır.
Videoda Nurlan adı və görüntüsu yayımlanan şəxs isə Abdin Fərzəliyev yaxın adamı Abşeron rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Baş məsləhətçisi Nurlan Həsənovdur.
Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətində münasibət öyrənmək mümkün olmadı.
Yazıda adları keçənlərin münasibətini dərc etməyə hazırıq.