AZ

“Barselona”nın futbolçusu “İnter” və “Real Madrid”lə oyunları buraxacaq

Bakı, 1 may, AZƏRTAC

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində İtaliya "İnter"i ilə keçirilmiş ilk oyunda (3:3) zədələnən İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kundenin durumuna aydınlıq gəlib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayağından xəsarət alan müdafiəçi bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Onun sıraya nə vaxt dönəcəyi bilinmir.

Fransa millisinin üzvü mayın 6-da “İnter”lə cavab matçını, 11-də isə La Liqada “Real Madrid”lə görüşü buraxacaq.

Seçilən
0
1
azertag.az

2Mənbələr