Bu ilin yanvar-mart aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,4 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

İndex.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından yaydığı məlumatda qeyd edilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya dəfə çoxdur.

Rüb ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən layihə daxildir.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rübdə təxminən 0,2 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya dəfə azdır.

Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda konfrans və seminara dəstək, yəni ümumilikdə 22 layihə daxildir.