AZ

İtaliyalı parlamentarilər Şuşada aparılan bərpa-quruculuq işləri ilə tanış olurlar - YENİLƏNİB + FOTO

İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Şuşanın tarixi məkanları, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olacaq.
 
 
16:06
 
 
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Ağdamdan sonra Xankəndi şəhərinə gəlib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərində görülən işlərlə tanış olur.
 
Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edir.
 
 
14:57
 
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəliblər.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti hazırda Ağdam şəhərində İmarət kompleksi ilə tanış olurlar.
 
İtaliyalı parlamentarilərin Ağdamdan sonra Şuşa və Xankəndiyə də səfəri nəzərdə tutulur.
 
Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edir.
Seçilən
0
3
moderator.az

10Mənbələr