AZ

Fransada polislə nümayişçilər arasında toqquşmalar baş verib - saxlanılanlar var

Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Bakıvaxtı.az Fransa KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb.

"Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib", - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, polis bir neçə nəfəri saxlayıb.

Bundan əlavə, Overn - Rona-Alp regionunun prefekturası Lionda polis və nümayişçilər arasında toqquşmaların baş verdiyini bildirib.

Prefekturanın məlumatına görə, Lionda 1 May nümayişində 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları hesab edir ki, küçələrə 10 min nümayişçi çıxıb. Aksiya zamanı üç nəfər saxlanılıb.

Daha əvvəl bildirilmişdi ki, Fransada 1 May nümayişlərində 150 min nəfərədək insanın iştirakı gözlənilir.

Seçilən
0
9
bakivaxti.az

10Mənbələr