AZ

VI Karyera Sərgisi – 1500-dən çox gəncə iş və təcrübə imkanı təqdim olundu (FOTO)

Bakı. Trend:

Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)sayca VI Karyera Sərgisi təşkil olunub.

Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərinhazırlanmasına dəstək məqsədi daşıyan sərgi universitetinəməkdaşlıq etdiyi, eyni zamanda qlobal miqyasda tanınan 90-danartıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub.

Memarlıq, dizayn, inşaat, mühəndislik, texnologiya, nəqliyyat,maliyyə və xidmət sahələrini əhatə edən sərgidə 800-dən artıqvakansiya tələbə və məzunlara təqdim olunub. Sərginin əsas məqsədibilikli, bacarıqlı, peşəkar potensiala malik gənclərin dövlət vəözəl sektorda uğurlu şəkildə məşğulluğuna şərait yaratmaq, eləcə dəmüəssisələrdəki iş imkanları barədə məlumatlandırma platformasıtəqdim etməkdən ibarət olub.

Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru professorGülçöhrə Məmmədova universitetdə artıq ənənəvi xarakter alan busərginin tələbə və məzunların gələcək karyeralarınınformalaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. O qeyd edibki, bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının realtələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşaünsiyyət imkanı qazanırlar.

Professor Gülçöhrə Məmmədova, eyni zamanda vurğulayıb ki,AzMİU-nun inkişafında universitetin partnyor şirkət vətəşkilatlarla qurduğu əməkdaşlıqların rolu danılmazdır. Rektoruniversitet adından bu uğurlu əməkdaşlığa verdikləri töhfələrə görəbütün tərəfdaşlara dərin təşəkkürünü bildirib, əlaqələrin gələcəkdədaha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadəedib.

Universitetin bu il 50 illik yubileyinin qeyd olunacağınısöyləyən rektor ali təhsil ocağının Ulu Öndər Heydər Əliyevintəşəbbüsü ilə yaradıldığını diqqətə çatdırıb: “AzMİU hər zaman UluÖndərin müəyyənləşdirdiyi strateji inkişaf kursuna sadiq qalaraq,ölkəmizin memarlıq, inşaat, şəhərsalma, nəqliyyat, iqtisadiyyat vədigər mühüm sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasınaxüsusi önəm verir. Universitetimizin bu istiqamətdə atdığıaddımlar, o cümlədən maddi-texniki bazanın müasirləşdirilməsi,tədris prosesinə beynəlxalq təcrübənin tətbiqi və rəqəmsalbacarıqların inkişaf etdirilməsi bu missiyanın uğurlareallaşdırılmasına xidmət edir”.

Təcrübə və Karyera şöbəsinin müdiri Xanlar Qəniyev çıxışındabildirib ki, universitetdən hər il 1400-dən çox bakalavr və 400-dənartıq magistr məzun olur. Onlardan 80 faizindən çoxu təhsilini başavurduğu ilk il ərzində ixtisasına uyğun sahələrdə məşğulluğa nailolur. O, əlavə edib ki, builki Karyera Sərgisində 40-dan artıqnüfuzlu şirkətin rəhbər heyəti iştirak edir. Bu isə tələbə vəməzunlar üçün mövcud vakansiyalar, o cümlədən peşəkar inkişafimkanları ilə birbaşa tanış olmaq baxımından mühüm fürsətyaradır.

Digər çıxış edənlər Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi vəbaş direktoru Aydın Talıbov, Təhsilin İnkişafı Fondunun İdarəHeyətinin sədri Elnur Nəsibov “PMD” Projects MMC-nin direktormüavini Ali Altunışık, “Azəristiliktəchizat” Açıq SəhmdarCəmiyyətinin sədr müavini İlham Mirzəliyev də sərginin gənclərəyaratdığı imkanları yüksək qiymətləndirib, tələbə və məzunlarısərgidə aktiv olmağa səsləyiblər.

Sərgi rəsmi şəkildə açıq elan etdikdən sonra rektor professorGülçöhrə Məmmədova qonaqlarla birgə Karyera Sərgisində nümayişolunan stendlərlə tanış olub, iştirakçı şirkətlərin nümayəndələriilə söhbətlər aparıb, vakansiyalarla maraqlanıb.

Qeyd olunan sərgidə işğaldan azad edilmiş ərazilərdə fəaliyyətgöstərən dövlət və özəl qurumlarla yanaşı, SOCAR, “Azərbaycan DəmirYolları” QSC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, , “BakıMetropoliteni” QSC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, Təhsilin İnkişafFondu, Təhsil Tələbə Kredit Fondu, Əmlak Məsələləri Dövlət Xidməti,Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, “Azərişiq”ASC , “Azərsu” ASC “Baku Design Center” MMC, “Dizayn Buro” MMC,“PMD” Projects MMC, “Azərgold” QSC, “Embawood” MMC, “Holcim”,“PROYAPI”, Kapital Bank, Yelo Bank, Beynəlxalq Bank, “Veysəloğlu”MMC, “AzVirt” MMC, “Metak” və digər tanınmış şirkətlərintəmsilçiləri iştirak ediblər.

Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrənümayəndələri mövcud vakansiyalar və təcrübə proqramları barədəgeniş informasiya verib, iş axtarışında olan gənclərin suallarınıcavablandırıblar. Tələbə və məzunlar onlara təqdim olunan imkanlarbarədə ətraflı məlumat alıb, uyğun vakansiyalar üzrə CV-lərinitəqdim ediblər.

1500-dən çox gəncə iş və təcrübə imkanlarının təqdim olunduğusərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
VI
Məqalədə:
Seçilən
0
1
az.trend.az

2Mənbələr