AzVision.az xəbər verir ki, sənədə əsasən, təbii sərvətlərlə bağlı aktivlər dedikdə, Ukrayna ərazisindəki faydalı qazıntıların sahələri, ehtiyatları və yataqları başa düşülür. Qiymətli və nadir metallarla yanaşı siyahıya neft, təbii qaz (mayeləşdirilmiş təbii qaz daxil olmaqla), digər faydalı qazıntılar və ya karbohidrogen ehtiyatları da aiddir.
Ödənişlərə gəlincə isə, müqavilənin mətnində Ukrayna ilə razılaşdırılmış gəlir dedikdə, kəşfiyyata yeni lisenziyaların və ya xüsusi icazələrin verilməsi ilə əlaqədar Ukraynanın hər hansı dövlət orqanı tərəfindən alınan bütün icarə ödənişlərinin, lisenziya haqlarının və hasilatın pay bölgüsü sazişləri üzrə ödənilməli olan məbləğlərin, təbii ehtiyatlarla əlaqəli aktivlərin istehsalının, hasilatının, işlənməsinin, çıxarılmasının, istismarının, emalının, və ya digər istifadəsinin 50%-i başa düşülür.
Bununla belə, müqavilənin qüvvəyə mindiyi tarixdən əvvəl verilmiş lisenziyaların və ya xüsusi icazələrin hər hansı yenilənməsi və ya uzadılması nəzərdə tutulmur.
Yeri gəlmişkən, öz mənbələrinə istinad edən “New York Times (NYT)” qəzeti Vaşinqtonun Kiyevlə bağladığı faydalı qazıntı sazişinin yekun variantında ABŞ-nin gələcək təhlükəsizlik yardımına dair aydın zəmanətlərin olmadığıan diqqət çəkib.
“ABŞ danışıqların hələ ilkin mərhələlərindəbu ideyanı rədd edib. Rusiya ilə Ukrayna arasında döyüşlər davam edərsə, saziş böyük əhəmiyyətə malik olmayacaq”,- qəzet yazıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta