ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib ki, Birləşmiş Ştatların İranla nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsinə baxmayaraq, husilərə verdiyi dəstəyin nəticələri olacaq. Xəbərdarlıq Vaşinqtonun nüvə proqramını məhdudlaşdırmaq və sanksiyaları yumşaltmaq üçün İranla dolayı danışıqları bərpa etdiyi vaxta təsadüf edir.
Herbiand.az Reuters-ə istinadən xəbər verir ki, Heqset X platformasında yazıb:
“Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi çox yaxşı bilirik. Siz Amerika ordusunun nəyə qadir olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Seçdiyimiz vaxt və yerdə bunun nəticələrinə məruz qalacaqsınız".