Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq niyyətini rəsmən elan etməyib.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib.
"Moldovanın MDB-dən çıxmaq niyyəti ilə bağlı heç bir rəsmi bildiriş yoxdur", - o vurğulayıb.
Ağasandyan qeyd edib ki, əgər Moldova belə bir qərar qəbul etsə, bu, təəssüf doğuracaq, çünki mənfi nəticələr ilk növbədə respublika vətəndaşlarına təsir edəcək. Lakin onun fikrincə, Moldovanın getməsi MDB-nin işinə ciddi siyasi təsir göstərməyəcək.