Litva yığmasının baş məşqçisi Mingəçevirdə keçirilən beynəlxalq reqatadan razı qalıb.
Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Prezident Kuboku 2025" beynəlxalq reqatasına qatılan Litva komandasının baş məşqçisi Rimas Sukatskas jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis ilk dəfə Azərbaycana gəldiyini bildirib:
“Ölkənizdə yarışın hansı səviyyədə təşkil olunduğuna baxmaq istəyirdim. Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb. Bu qədər ölkənin iştirak etməsi yarışı daha maraqlı edir. İnanıram ki, güclü olanlar sonda qalib gələcək. Biz yarışa ikinci komandamızla qatılmışıq. Gələcəkdə əsas heyət üzvləri ilə mübarizə aparacağıq. Azərbaycanda avarçəkməyə maraq yüksək səviyyədədir. Ümid edirəm ki, ildən-ilə daha da inkişaf edəcək".