Amerikalılar ABŞ Prezidenti Donald Trampa qarşı birləşməlidirlər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris deyib.
“Böhran qarşısında alınacaq dərs qaçmamaqdır”, - siyasətçi bildirib.
Harris vəzifədən getdikdən sonra etdiyi ən böyük çıxışında amerikalıları birləşməyə və öz mövqelərini sərbəst ifadə etməyə çağırıb.
Sabiq vitse-prezident Tramp administrasiyasının iqtisadi siyasətini “müasir prezidentlər tarixində bir insan tərəfindən törədilən ən böyük iqtisadi böhran” adlandırıb.