Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətləri müdafiə büdcələrinin artırılması üçün blokun maliyyə qaydalarının yumşaldılmasını tələb edir.
Bu barədə məlumat Aİ Şurasının rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, 17 Aİ ölkəsi – Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Almaniya, Estoniya, Yunanıstan, Xorvatiya, Latviya, Litva, Macarıstan, Polşa, Portuqaliya, Sloveniya, Slovakiya, Finlandiya və yenidən Çexiya – blokun qaydalarını pozmadan, 4 il ərzində müdafiə xərclərini ÜDM-in 1,5 faizinə qədər artırmaq üçün ayrıca hüquqi mexanizm hazırlanmasını istəyir.
Aİ Şurası bu məqsədlə milli yardım mexanizminin aktivləşdirilməsi üçün koordinasiyalı şəkildə müraciət prosesini başladıb.
Rəsmi açıqlamada qeyd olunur: “Qaydaların daha çevik tətbiqi üzv dövlətlərdə milli səviyyədə müdafiə xərclərinin zəruri şəkildə artırılmasına şərait yaradacaq və eyni zamanda borc dayanıqlığını qoruyacaq. Bu, Avropa İttifaqının təhlükəsizliyinin möhkəmləndirilməsinə ciddi töhfə verəcək”.\\musavat\\