AZ

Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub

Bəzi təhsil müəssisələrində I siniflərə şagird qəbulu üzrə müsabiqə mərhələsi ləğv olunub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron) Azərbaycan bölməsi üzrə 6 may, saat 11:00 – 5 iyun, digər dillərdə tədris üzrə 17 iyun, saat 11:00 – 17 iyul tarixlərində olacaq.

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

Müsabiqə mərhələsi ləğv olunan təhsil müəsissələri “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.

Seçilən
0
8
aznews.az

10Mənbələr