Misirin şimal-qərbində güclü qum fırtınası baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ən çox sahilyanı Sallum şəhərini vurub, nəticədə hava narıncı rəngə çevrilib.
Məlumata görə, şəhər demək olar ki, qaranlığa qərq olub. Görünüş pisləşib. Yerli hakimiyyət sakinlərə lazım olmadıqca küçəyə çıxmamağı tövsiyə edib.