Bakı, 1 may, AZƏRTAC
Cari ilin birinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 0,88 faiz və ya 21 nəfər artaraq 2398 nəfər olub.
AZƏRTAC bp-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.