Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub.
"Report" xəbər verir ki, Bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, bunlar “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.