Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə ölkənin və regionun aparıcı, qlobal arenada tanınan 100-dən çox müəssisə və təşkilatların memarlıq, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim edilib.