Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
Qeydiyyata alınanlardan 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir.
E. Səmədov bildirib ki, ötən il Xocalıda aşkarlanan 18 meyit qalığından 10-u ailələrə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir: "Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləşdirilir".