AZ

"Şahdəniz 2"də beşinci quyu işə salındı

2025-cü ilin birinci rübündə "Şahdəniz 2" layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınıb. Qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib.

Bu barədə Teleqraf BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən "Xankəndi" sualtı tikinti gəmisi hazırda istismarda olan bütün "Şahdəniz 2" və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq "Xankəndi" gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.

Seçilən
0
teleqraf.com

1Mənbələr