AZ

Dünyaca məşhur aktyorun övladı cinsiyyətini dəyişdi - FOTOLAR

Dünyaca məşhur amerikalı aktyor, Oscar mükafatı laureatı Robert De Nironun övladı Airyn De Niro cinsiyyətini dəyişdirdiyini açıqlayıb. 29 yaşlı Airyn De Niro 2024-cü ilin noyabrından etibarən hormon müalicəsinə başladığını və artıq trans qadın olaraq həyatına davam etdiyini bildirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Model Toukie Smit ilə Robert De Nironun övladı olan Airyn De Niro, cəmiyyətin gözəllik standartlarına qarşı çıxışı ilə tanınır.

 

Sosial mediada paylaşdığı son fotoları ilə böyük maraq doğuran Airyn, bu çətin prosesdə ailəsinin dəstəyini gördüyünü və onlara minnətdar olduğunu vurğulayıb.
Gözlərdən uzaq bir mühitdə böyüdüyünü deyən Airyn, LGBTİ+ icmasında belə ilk zamanlar qəbul edilmədiyini və keçid prosesinin bu səbəbdən psixoloji baxımdan çətin keçdiyini açıqlayıb.


Cəmiyyət tərəfindən zahiri görünüşünə görə də tənqid edildiyini bildirən Airyn De Niro, tez-tez xoşagəlməyən münasibətlərlə qarşılaşdığını qeyd edib.
Airyn həmçinin məşhur aktyorun övladı olduğu üçün daim diqqət mərkəzində olduğunu və bundan narahatlıq keçirdiyini bildirib.


Bəsti Rəfizadə
Sfera.az

 

 

 

Seçilən
0
sfera.az

1Mənbələr