AZ

İlin ilk rübündə elektron bilet istifadəçilərinin sayı açıqlanıb

Bakı.Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) elektron bilet sifarişi sistemi vasitəsilə 2025-ciilin yanvar–mart ayları ərzində 670 sifariş rəsmiləşdirilib.

Trend bu barədəASCO-ya istinadən məlumat verir.

Bildirilib ki, bu sistem Azərbaycandan keçən beynəlxalqnəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yükvə sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi vəoperativliyin təmin edilməsi məqsədilə tətbiq olunub.

Hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurıkmarşrutu üzrə qeydə alınıb – 517 bilet. Digər istiqamətlər üzrə 87bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isəTürkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib.
ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin ilk rübündə ümumilikdə 5882sərnişin daşınıb.

Qeyd edək ki, ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cıildən etibarən fəaliyyət göstərir. Sərnişinlər və yük daşıyıcılarıhttps://public.acsc.az/online/payment/index/az/internet ünvanına daxil olaraq onlayn bilet sifariş edə bilirlər.Sistemə daxil olduqdan sonra istifadəçilər yükün növü, yüklənmə vəgediş limanları, nəqliyyat vasitəsi və ödənişçi barədə məlumatlarıtəqdim edir və sistem avtomatik olaraq biletlərin dəyərinihesablayır.

Xatırladaq ki, hazırkı karantin rejimi ilə əlaqədar olaraq,Azərbaycan vətəndaşlarının bərə ilə ölkəni tərk etməsi üçünNazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələbolunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazənitəqdim etməsinə ehtiyac yoxdur. Lakin Azərbaycana bərə ilə daxilolmaq istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar həminicazəni əldə etməlidirlər.

Seçilən
0
6
az.trend.az

7Mənbələr