AZ

"SOCAR Polymer" plastikdən milyonlar qazanır

2025-ci ilin yanvar-mart aylarında “SOCAR Polymer” MMC 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. 

Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, ötən ilin eyni dövründə “SOCAR Polymer” MMC-nin ixracdan gəliri 56,4 milyon ABŞ dollları təşkil edib. 

İllik hesabatı müqayisə etdikdə adı çəkilən MMC- nin ixracdan gəlirləri 4,6% və ya 2,6 milyon ABŞ dollar dəyərində artıb.

Bildirək ki, “SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 

Sərvanə Rəmixanova

Seçilən
0
valyuta.az

1Mənbələr