BAKI, 1 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin 20 illik yubiley medalının təsis edilməsini layiqli hesab edirəm. Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atdılar və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, sadalanan hadisələrdə xüsusilə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə-gündüz çalışıb.
“Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var. Təəssüflə bildirirəm ki, heç də aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan siqnalı da verməyiblər.
Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə sağ ol deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər"