AZ

Qəyyum və himayəçilərin nəzərinə!

Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Bundan əlavə Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, bu Məcəllənin 36.1-ci və 36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə ediləcək. Bununla yanaşı “Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək.

Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Əlavə olaraq “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və həmin qərarlar bu qanunun 27-ci maddəsinin VI-II hissəsinə uyğun olaraq əldə ediləcək.

Bundan başqa, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək.

Seçilən
0
8
publika.az

10Mənbələr