AZ

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti monitorinqlər keçirir

Hazırda yerləşdiyimiz ərazinin həmsərhəd hissəsində təhlükə potensiallı obyektlərin siyahısına daxil olan, o cümlədən təyinatına görə yanğın-partlayış təhlükəli obyekt hesab olunan neft emalı müəssisəsinin, eyni zamanda yaxınlıqdan keçən enerjili daşıyıcıları nəql edən boruların, xətlərin, yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müvafiq monitorinq işləri həyata keçirilib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

O bildirib ki, monitorinq zamanı həmin obyektin yaxınlığında məişət, sənaye tullantıları, quru ot, kol-kos aşkar edilib: “Mövcud vəziyyət yanğın riskini ciddi yanğın təhlükəsi riskini formalaşdırdığı üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə qarşılıqlı fəaliyyət çərçivəsində nazirliyin yanğın təhlükəsizliyi xidməti ilə bağlı bu gün zəruri tədbirlər görülür".

Qeyd edək ki, FHN tərəfindən "Təhlükə potensiallı bina və qurğuların təhlükəsiz istismar edilməsi, o cümlədən əhalinin həyat və sağlamlığının, eləcə də yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlılığının təmin edilməsi" mövzusunda mediatur keçirilib.

Seçilən
0
3
apa.az

3Mənbələr