AZ

“Kalaşnikov” KUB süzən sursatlarını müştəriyə çatdırıb

Rusiyanın “Kalaşnikov” konserni aprel ayında KUB süzən sursatlarını vaxtında və tam həcmdə müştəriyə çatdırıb.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bununla da aprelin sonunda may sifarişinin istehsalına vaxtından əvvəl başlanılıb.

Qeyd edək ki, konsern KUB süzən sursatlarının hansı müştəriyə çatdırıldığını açıqlamayıb.

KUB süzən sursatı düşmənin taktiki dərinliyində tək və ya qrup halda yerləşən zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. Gecə-gündüz və küləyin sürəti 10 m/s-ə qədər olan vaxtlarda istifadə edilə bilən süzən sursatın idarəetmə sistemi real vaxt rejimində komandaların ötürülməsinə imkan verir.

Xatırladaq ki, 2025-ci ildə “KUB”ların istehsal həcmi 2024-cü ilə nisbətən əhəmiyyətli dərəcədə artıb.

Seçilən
0
poliqon.az

1Mənbələr