AZ

Bir kartdan 13665 manat oğurlandı

Aprelin 30-da vətəndaşların bank kartlarından 30716 manat talanıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 30-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodunu digər şəxslərə verməməyə, şirnikləndirici zənglərə aldanmamağa çağırıb.

Seçilən
0
10
sitat.info

10Mənbələr