Bakı. Trend:
Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan RespublikasıPrezidentinin təqdimatı Milli Məclisə daxil olub.
Trend xəbərverir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilənplenar iclasında müzakirə edilib.
Təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinətəyin olunmasına razılıq verilməsi təklif olunub.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-dəPrezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib.2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviriali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis AzərbaycanRespublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorunvəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.