AZ

Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF


ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Holokost Memorial Muzeyinin şura üzvü vəzifəsində olan keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffun işdən çıxarılması barədə qərar qəbul edib. Bu barədə Emhoff "The Hill" qəzetinə müsahibəsində bildirib. "Bu gün mənə Holokost Memorial Muzeyinin şurasından çıxarıldığım barədə məlumat verilib", - deyə o bildirib. İşdən çıxarılmasına baxmayaraq, o, ictimaiyyətə bu istiqamətdə işini başqa formatlarda davam etdirəcəyini deyib.
Ağ Evin nümayəndəsi adıçəkilən nəşrə açıqlamasında təsdiq edib ki, Tramp administrasiyası həqiqətən də muzey şurasının bir neçə üzvünü işdən çıxarıb və artıq boşalan vəzifələr üçün potensial yeni namizədlərlə müsahibələr keçirilir.

Mətləb Salahov

Seçilən
0
8
baki-xeber.com

9Mənbələr