Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) aprel ayının ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Msport.az xəbər verir ki, qurum “Barselona”nın hücumçusu Lamin Yamalı bu ada layiq görüb.
17 yaşlı ispaniyalı vinger çıxışı ilə aprelin ən yaxşısı seçilib. Yamalın komanda yoldaşı Rafinya ikinci sırada göstərilib. İlk “üçlüy”ü PSJ-nin fransalı üzvü Usman Dembele qapayıb.
Qeyd edək ki, 2025-ci ilin ilk üç ayında müvafiq olaraq Məhəmməd Salah (yanvar), Kilian Mbappe (fevral) və Niko Uilyams (mart) ən yaxşı seçiliblər.