Bu ilin I rübündə Rusiyanın yük avtomobilləri istehsalçısı “KamAZ” yük maşınlarının istehsalını 2,5% artaraq 10,176 min ədədə çatdırıb.
İndex.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, mart ayında avtomobil istehsalçısı istehlakçılara 3,528 min maşın komplekti (+4,4%) göndərib.
Şirkətdən vurğulayıblar ki, “KamAZ”ın istehsal güclərində avtomobil istehsalının dinamikası, Rusiya Statistika İdarəsi “Rosstat”ın I rübdə və mart ayında ümumiyyətlə ölkə üzrə yük maşınlarının istehsalının azalması barədə məlumatlarına baxmayaraq, müsbət olub.
“Rosstat”ın əvvəllər məlumat verdiyi kimi, 2025-ci ilin yanvar-mart aylarında Rusiyada yük maşınlarının istehsalı 15,6% azalaraq 36,6 min ədəd təşkil edib. Mart ayında ölkədə 14,2 min yük avtomobili istehsal edilib ki, bu da 7,3 % azdır.