AZ

Kopenhagendə avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər yaralanıb

Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə hərəkət etdiyi qəzada azı 11 nəfər xəsarət alıb...

APA xəbər verir ki, bu barədə Danimarkanın TV-2 telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil Kopenhagenin mərkəzində insan izdihamına çırpılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücünün özü də daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

Sürücü aldığı xəsarətlərə görə müalicə olunduqdan sonra polis onu dindirəcək.

Poliqon.info

 

Seçilən
0
poliqon.info

1Mənbələr