II Liqada 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki,I Liqaya vəsiqə qazanan daha bir komanda bəlli olub.
"Şahdağ Qusar" və "Şəfa"nın ardınca, "Şimal" da növbəti mövsümdə daha üst liqada iştirak etmək hüququ əldə edib.
Xaçmaz təmsilçisi 23-cü turda səfərdə "Lerik"i 4:2 hesabı ilə məğlub edib
. "Şimal" mövsümün bitməsinə 3 tur qalmış 52 xal toplayıb 4-cü pillədə qərarlaşan "Hypers Quba"nı 10 xal qabaqlayır.