Son günlərdə sosial şəbəkələrdə Bakıda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar yenidən artıb.
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, uşaq qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, polis orqanlarına bununla bağlı hər hansı kriminal tərkibli məlumat daxil olmayıb: “Vətəndaşlara tövsiyə edirik, diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar. Bütün iddialar üzrə araşdırmalar aparılıb. Belə bir fakt yoxdur, qeydə alınmayıb”.