AZ

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlıq imkanlarını dəyərləndirib

BAKI, TurkicWorld

Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı və investisiya imkanlarını, eləcə də iqtisadi-ticari əlaqələrimizin inkişafı üzrə aktual məsələləri müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

"Londonda Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomasla səmərəli görüş keçirdik.

Enerji sahəsində strateji tərəfdaşlığımızı və investisiya imkanlarını, eləcə də iqtisadi-ticari əlaqələrimizin inkişafı üzrə aktual məsələləri müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.

Seçilən
0
1
turkic.world

2Mənbələr