AZ

"Arsenal"ın yarımfinal tilsimi: Qol da vura bilmirlər

"Arsenal" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə məğlub olub. Görüş 0:1 hesabı ilə başa çatıb.

Gundem.az "Opta"ya istinadən xəbər verir ki, "Arsenal" bütün yarışlarda keçirdiyi son yeddi yarımfinal matçının heç birində qalib gələ bilməyib. Bu görüşlərdə beş məğlubiyyət və iki heç-heçə edən London klubu həmçinin son altı yarımfinal oyununda bir qol belə vura bilməyib.

Bundan əvvəl "Arsenal" cari mövsümün İngiltərə Liqa Kubokunun yarımfinalında "Nyukasl"a (0:2, 0:2), 2021/22 mövsümündə eyni turnirin yarımfinalında "Liverpul"a (0:0, 0:2) və Avropa Liqasının yarımfinalında (2020/21)_ "Vilyarreal"a uduzub (1:2, 0:0). /Publika.az

Seçilən
0
gundem.az

1Mənbələr